"Milan" Sandro Tonali ilə müqavilə müddətini uzadıb.
Sportal.az İtaliya mətbuatına istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən 22 yaşlı futbolçu 2027-ci ilin iyun ayına qədər "rossonyerlər"ə məxsus olacaq.
O, illik 2,8 milyon avro maaş alacaq. Tonalinin öncəki müqaviləsi 2026-cı ildə başa çatırdı.
2017-2021-ci illərdə “Breşiya”da oynamış 22 yaşlı yarımmüdafiəçi 1 il öncə “Milan”a keçmişdi.
saytlarin hazirlanmasi
