"Qarabağ"ın "Frayburq"la matçdakı yeganə qolunun müəllifi: "Nəticəyə görə təəssüflənirik" - FOTO

13:37 - 9 Sentyabr 2022

“Qarabağ”ın müdafiəçisi Marko Veşoviç instaqram hesabında paylaşım edib.

Sportal.az xəbər verir ki, monteneqrolu futbolçu “Frayburq”la matçdan sonra şəxsi hesabında bunları yazıb:

“Yaxşı performans oldu. Nəticəyə görə təəssüflənirik. İrəliyə baxırıq”.

Xatırladaq ki, Avropa Liqasının G qrupunda yer alan “Qarabağ” ilk görüşündə səfərdə “Frayburq”a 1:2 uduzub və komandanın yeganə qolunu Marko Veşoviç vurub.

 

Xəbər xətti