Türkiyə Superliqasının təmsilçisi “Ankaragücü” növbəti transferini həyata keçirib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt klubu “Napoli” ilə müqavilə müddəti başa çatmış Kevin Melkyunu bir illik heyətinə qatıb.
31 yaşlı fransalı futbolçu “Monako”, “Van”, “Nior”, “Sent-Etyen”, “Lill”, “Fiorentina” klublarında oynayıb.
