"Qarabağ"ın rəqibində ayrılıq

17:47 - 9 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"da ayrılıq gerçəkləşib.

Sportal.az xəbər verir ki, Yunanıstan klubu Lazar Randeloviçi Rusiyanın "Ural" klubuna satıb. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Randeloviç 2018-ci ilin yayından "Olimpiakos"da çıxış edirdi. O, Pirey təmsilçisi ilə 75 oyunda 7 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" oktyabrın 6-da "Olimpiakos"la Yunanıstanda, 13-də isə Bakıda qarşılaşacaq.

Xəbər xətti