Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Adana Demirspor"dan Tayyip Talha Sanuçu transfer edib. Bu barədə "qara qartallar"ın rəsmi saytı məlumat yayıb.
22 yaşlı mərkəz müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb. "Beşiktaş"ın türk futbolçu üçün Adana klubunu 1,5 milyon avro ödədiyi bildirilir.
Qeyd edək ki, Tayyip Talha Sanuç "Adana Demirspor"a 2018-ci ilin yayında "Karabükspor"dan transfer olunub. O, "mavi şimşəklər"in heyətində meydana çıxdığı 96 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
