PSJ-nin legioneri zədələnib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris klubunun futbolçusu Renato Sançeş sıradan çıxıb.
Portuqaliyalı sağ ayağından aldığı zədə səbəbindən 10 gün məşqlərdən uzaq qalacaq.
Renato bu mövsüm 6 oyunda 1 qol vurub.
