"Qalatasaray" onu 500 min avroya satdı

10:29 - 10 Sentyabr 2022

"Adana Dəmirspor" "Qalatasaray"dan futbolçu transfer edib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Adana təmsilçisi “Qalatasaray”dan Emre Akbaba ilə anlaşıb.

Bunun üçün "Adana Dəmirspor" İstanbul klubuna 500 min avro ödəyib.

30 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb. 

Xəbər xətti