"Qalatasaray" futbolçusunu icarəyə verdi

12:49 - 10 Sentyabr 2022

Türkiyənin "Qalatasaray" klubu daha bir futbolçusunu icarəyə verib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi Oğulcan Çağlayanı "Giresunspor"a göndərib. 26 yaşlı vinger 2022/2023 mövsümünü icarə əsasında Super Liqa təmsilçisinin heyətində keçirəcək.

 

Qeyd edək ki, "Qalatasaray" Oğulcan Çağlayanı 2020-ci ilin yayında "Rizespor"dan transfer edib. Oyunçu son mövsümün ikinci yarısını icarə əsasında "Eyüpspor"da keçirib.

Xəbər xətti