Bu gün Serbiyanın paytaxtı güləş üzrə dünya çempionatı start götürüb.
Sportal.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü mübarizə aparır.
Eldəniz Əzizli (55 kq) 1/8 finalda italiyalı Covanni Freni ilə qarşılaşacaq.
İkinci mərhələdən mübarizəyə qoşulacaq Ülvü Qənizadə (72 kq) Taişi Hori (Yaponiya) - İbrahim Məhəmmədov (Qazaxıstan) görüşünün qalibiylə üz-üzə gələcək.
Sənan Süleymanov (77 kq) ilk mərhələdə almaniyalı İdris İbayevlə qarşılaşacaq.
