Qazaxıstan millisinin sabiq forvardı Bulat Esmagambetov yerli mətbuata açıqlama verib.
Sportal.az xəbər verir ki, "vesti.kz" portalına danışan qazaxıstanlı veteran millisinin Belarus (22 sentyabr) və Azərbaycanla (25 sentyabr) görüşləri barədə fikirlərini deyib:
"Qazaxıstanın birinci yeri tutmaq şansı var. Qalan matçlarda bir qələbə lazımdır. Bununla belə, bunu etmək asan olmayacaq. Belarus və Azərbaycan daha optimal formadadı. Qarşıdakı oyunlar əvvəlkilərdən qat-qat çətin olacaq.
Əminəm ki, Belarusla ev oyunu həlledici olacaq. Bu oyunda mütləq qalib gəlməliyik. Çünki Azərbaycandakı oyunda şansımız az olacaq. İnanıram ki, yalnız bir qələbə Qazaxıstana birinci yeri tutmağa imkan verəcək. Axı Slovakiya öz şanslarını əldən verməyəcək. Onlar mütləq altı xal qazanacaq. Qazaxıstanı isə heç-heçə xilas etməyəcək".
