"Atletiko"nun avqust ayı üçün ən yaxşı oyunçusu bəlli olub.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Madrid klubunun azarkeşlərinin səsverməsi əsasında Aksel Vitsel hamıdan yaxşı seçilib.
Belçikalı futbolçu ötən ay İspaniya çempionatında 3 oyun keçirib. Amma o, öz mövqeyində deyil, mərkəz müdafiəçisi kimi çıxış edib.
