Paytaxt klubu futbolçusu ilə müqavilə müddətini uzadacaq

15:19 - 10 Sentyabr 2022

 

"Roma" futbolçusu Brayan Kristante ilə müqavilə müddətini uzadacaq.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, paytaxt təmsilçisi Kristante ilə razılıq əldə edib.

Razılığa əsasən, o, 2026-cı ilə qədər "Roma"ya məxsus olacaq.

27 yaşlı futbolçunun illik maaşı üç milyon avrodu. 

İtaliya millisinin üzvü “Milan”, “Benfika”, “Palermo”, “Peskara”, “Atalanta”da oynadıqdan sonra 2019-cu ildə “Roma”ya keçmişdi.

Xəbər xətti