Türkiyə klubunu Premyer Liqa təmsilçisinə dəyişdi

17:23 - 10 Sentyabr 2022

"Konyaspor" futbolçusunu Rusiya komandasına satıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Superliqa klubu Amar Rahmanoviçi Rusiyanın "Krılya Sovetov" klubuna satıb.

Türkiyə klubu bosniyalının transferindən 750 min avro qazanıb. 28 yaşlı futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

"Konyaspor" 2021-ci ildə yarımmüdafiəçini "Sarayevo"dan almışdı. 

Xəbər xətti