"Hayduk" - "Qəbələ" oyununun hakimləri müəyyənləşdi

10:45 - 11 Sentyabr 2022

UEFA Gənclər Liqasının “Hayduk” – “Qəbələ” matçının təyinatları açıqlanıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, təmsilçimizin Çempionlar Liqasının I mərhələsindəki ilk oyununun hakimləri müəyyənləşib. Sentyabrın 12-dəki qarşılaşmanı sloveniyalı ədalət təmsilçiləri idarə edəcək.

Görüşün baş hakimi David Smayç olacaq. Splitdəki matçda ona David Qabroveç və Tomaş Çerne kömək edəcək. Dördüncü hakim funksiyasını xorvatiyalı Ante Terziç yerinə yetirəcək.

Sentyabrın 12-də baş tutacaq “Hayduk” – “Qəbələ” matçı “Polyud” stadionunda keçiriləcək.

UEFA Gənclər Liqası

Çempionlar yolu, I mərhələ

İlk oyun, 12 sentyabr

19:00. “Hayduk” (Xorvatiya) – “Qəbələ” (Azərbaycan)

Hakimlər: David Smayç, David Qabroveç, Tomaş Çerne (hamısı Sloveniya), Ante Terziç (Xorvatiya)

Split. “Polyud” stadionu

 

Xəbər xətti