Polşa çempionatında 9-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" növbəti oyununa çıxıb.
Antonun komandası səfərdə "Radomiak Radom"a 0:2 uduzub. Millimizin üzvü sonadək ehtiyatda qalıb.
9 turdan sonra 17 xala sahib olan "Visla" liderdir.
