Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçular Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” doğma meydanda “Krılya Sovetov”la qarşılaşıb. Matç 0:0 hesablı bərabərliklə başa çatıb.
Azərbaycanlı futbolçular bu matçın iştirakçısı olmayıblar. Ayaz Quliyevin adı ümumiyyətlə iştirak ərizəsinə salınmayıb. İlya Sadıqov isə sonadək ehtiyatda qalıb.
“Ximki” 9 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi