Sportal.az federasiyanın mətbuat xidmətinə istiandən xəbər verir ki, Naxçıvan təmsilçisi oktyabrın 26-da İsveçin "Orebro" klubu ilə qarşılaşacaq.
Joze Alesio Da Silvanın rəhbərlik etdiyi kollektiv bir gün sonra isə "Loznika Qrad"(Serbiya), oktyabrın 29-da isə Bosniya və Herseqovinanın "Mostar" komandası ilə qarşılaşacaq.
Bütün oyunlar Bosniya və Herseqovinanın Mostar şəhərində yerləşən "Mithad Hujdur Hujka Arena"da oynanılacaq. Qrup qalibi olanlar elit-raunda yüksələcək.
