"Bavariya" İngiltərə millisinin forvardını transfer etməyəcək

13:48 - 12 Sentyabr 2022

"Bavariya" "Tottenhem"in forvardı Harri Keyni transfer edə bilər. 

Sportal.az xəbər verir ki, Münhen klubunun idman direktoru Hasan Salihamiciç yerli mətbuata açıqlamasında ingilis forvardı transfer etmək haqda düşünmədiklərini söyləyib:

"Keynə görə heç kimlə danışmamışıq, kiməsə zəng etməmişik. Hazırda komandamızda yer alan futbolçuların hamısına etibar edirik. Hər mövqe üçün kifayət qədər futbolçumuz var. Keynlə bağlı məsələlər isə həqiqət deyil".

Xəbər xətti