"Ümid edirəm ki, VAR hakimləri onun mövqeyini də nəzərə alıblar"

15:30 - 12 Sentyabr 2022

"Yuventus"un kapitanı Leonardo Bonuççi İtaliya A seriyasının 6-cı turunun "Salernitana" ilə oyunu (2:2) barədə danışıb. 

Sportal.az "DAZN"a istinadən xəbər verir ki, Turin klubunun təcrübəli futbolçusu dünənki görüşdə son dəqiqədə vurduqları, amma ləğv edilən qolla bağlı fikirlərini bölüşüb:

"Bunu onunla izah edirdilər ki, guya aktiv hücuma qoşulmuşam. Ancaq qapıçı Sepe bunu heç vaxt hiss etməyəcəkdi. Mənim mövqeyim onun mümkün seyvinə mane olmadı. Qayda belə deyir. Antonio Kandrevanın ofsayd xəttini pozduğuna dair şübhələr var. Ümid edirəm ki, VAR hakimləri onun mövqeyini də nəzərə alıblar, amma düşünürəm ki, biz nəticə haqda heç vaxt, heç nə bilməyəcəyik".

Xəbər xətti