Paytaxt klubu millinin üzvü ilə müqavilə müddətini uzada bilmir

16:12 - 12 Sentyabr 2022

"Roma" Nikolo Zaniolo ilə müqavilə müddətini uzatmaq istəyir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, paytaxt klubu millinin üzvü ilə razılıq əldə edə bilmir.

Buna səbəb isə maliyyə məsələləridi.

Belə ki, Zaniolo "Roma"nın illik 3,5 milyon avroluq təklifi ilə razılaşmır. 

2024-cü ilin yayında "canavarlar"la müqaviləsi başa çatacaq 23 yaşlı futbolçu illik 6 milyon avro maaş qazanmaq istəyir. 

Xəbər xətti