İspaniya millisinin keçmiş hücumçusu Dieqo Kostanın karyerasını harada davam etdirəcəyi dəqiqləşib.
Sportal.az xəbər verir ki, 34 yaşlı forvard İngiltərə Premyer Liqasında oynayacaq. Təcrübəli qolçu "Vulverhempton"la 1 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, karyerası ərzində "Braqa", "Selta", "Valyadolid", "Çelsi", "Atletiko" kimi klublarda oynamış Dieqo Kosta son olaraq "Atletiko Mineyro"da oynayıb.
saytlarin hazirlanmasi
