Ukrayna Premyer Liqasında 4-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycanın U-21 millisinin keçmiş üzvü Dmitri Nağıyevin formasını geyindiyi "İnqulets" doğma meydanda "Minay"ı qəbul edib. Matç qonaqların 2:1 hesablı qələbəsiylə başa çatıb.
Nağıyev bu görüşə start heyətdə başlayıb və 90 dəqiqə mübarizə aparıb.
"İnqulets" 4 oyundan sonra cəmi 2 xal toplayıb və 14 kollektiv arasında 12-ci sırada qərarlaşıb.
saytlarin hazirlanmasi