Karius Premyer Liqa klubu ilə müqavilə imzaladı

21:53 - 12 Sentyabr 2022

"Liverpul"un keçmiş qapıçısı Loris Kariusun yeni klubu rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, 29 yaşlı "əlcək sahibi" yenidən İngiltərə Premyer Liqasında oynayacaq.

 

Almaniyalı qolkiper "Nyukasl"a transfer olub. Onunla yanvar ayına kimi nəzərdə tutulan sözləşmə imalanıb. Tərəflər yanvarda müqaviləni daha 6 ay uzada bilərlər. Məlumatı "sağsağanlar"ın mətbuat xidməti yayıb.

 

Qeyd edək ki, Loris Karius son olaraq icarə əsasında "Yunyon Berlin"də çıxış edib. Onun "Liverpul"la müqaviləsi bu ilin yayında bitib.

Xəbər xətti