Niderlandın I Divizionunda VIII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Eyndhoven” səfərdə "Almere Siti" ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.
Ozan da bu görüşün iştirakçısı olub. Oyuna start heyətdə başlayan 24 yaşlı yarımmüdafiəçi 62-ci dəqiqədə əvəzlənib.
“Eyndhoven” 8 oyundan sonra 17 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.