İtaliya klubu baş məşqçisini istefaya göndərdi

17:26 - 13 Sentyabr 2022

"Monza" baş məşqçini istefaya göndərib.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik Covanni Stroppanı bu postda saxlamayıb. 

Baş məşqçi vəzifəsini müvəqqəti olaraq gənclər komandasının çalışdırıcısı Raffaele Palladino yerinə yetirəcək.

Komanda A Seriyasında 6 turdan sonra 1 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.

Xəbər xətti