Azərbaycan millisinin üzvü karyerasını başa vuran məşhur haqda yazdı - FOTO

18:16 - 13 Sentyabr 2022

Türkiyənin tanınmış futbolçularından Arda Turan karyerasını başa vurduğunu açıqladı.

Sportal.az xəbər verir ki, "Neftçi" və Azərbaycan millisinin üzvü Mert Çelik sabiq "Qalatasaray"lının karyerasını başa vurması haqda paylaşım edib. O, Turan haqda bunları yazıb:

"Sənin kimi böyük futbolçudan çox şey öyrəndim. Hər şey üçün təşəkkür edirəm".

Xatırladaq ki, "Neftçi"də icarə əsasında çıxış edən Çelik müqavilə ilə məxsus olduğu "Başakşehir"də Arda Turanla komanda yoldaşı olub.




Mirbağırağa

Xəbər xətti