"Tottenhem"in futbolçusu Lukas Moura komandanı tərk etməyə hazırlaşır.
Sportal.az "The Telegraph"a istinadən xəbər verir ki, braziliyalı oyunçu London klubunda qalmaq istəmir.
30 yaşlı yarımmüdafiəçi daha çox oyun praktikası qazanmaq üçün özünə yeni komanda tapmaq qərarına gəlib.
Moura “Sao Paolo” və PSJ-də oynamış braziliyalı 2018-ci ildə “Tottenhem”ə keçmişdi.
