İspaniya millisinin forvardı Raul de Tomas "Espanyol"u başqa komandaya dəyişib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Raul "Rayo Valekano" ilə anlaşıb.
27 yaşlı futbolçu Madrid təmsilçisi ilə 2027-ci ilə qədər müqavilə imzalayıb. Ancaq forvard bu komandaya qışda qoşulacaq.
Millinin forvardı əvvəllər də “Rayo Valekano”da çıxış edib. Belə ki, o, 2017-2019-cu illərdə “Real”dan icarə əsasında “Rayo Valekano”ya yollanmışdı.

