"Qarabağ"ın rəqibi niderlandlı ilə müqavilə müddətini uzatdı

19:13 - 13 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Frayburq" qapıçısı Mark Flekkenlə müqavilə müddətini uzadıb.

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı qolkiperlə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Niderlandlı qolkiper 2018-ci ildə "Duysburq"dan "Frayburq"a keçmişdi.

"Qarabağ" AL-in ilk turunda "Frayburq"a səfərdə 1:2 uduzmuşdu.

Xəbər xətti