"Mançester Siti"nin yarımmüdafiəçisi İlkay Gündoğan Çempionlar Liqasında "Borussiya"(Dortmund) ilə oyunu barədə fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan Gündoğan turnirin qalibi olmaq istədiklərini bildirib:
"Ümid edirik ki, Çempionlar Liqasını qazanacağıq. Bu il Erling Haaland kimi əla, əsl hücumçumuz var . Bu, isə bizə çox kömək edəcək. Baxaq görək, necə alınacaq. Bu turnirdə oynamaq asan deyil. Bəzən xırda detallar hər şeyi həll edir".
