"Qarabağ"ın rəqibi tanınmış futbolçu ilə anlaşmaq üzrədi

14:50 - 14 Sentyabr 2022

Avropa Liqasında "Qarabağ"ın rəqibi olan "Olimpiakos" Kolumbiya millisinin üzvü Xames Rodriqeslə anlaşmaq üzrədi.

Sportal.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, Pirey təmsilçisi hazırda Rodriqesin agenti ilə danışıqların son mərhələsindədi.

Hətta futbolçunun bu gün gecə saatlarında Yunanıstana yollanacağı da ehtimal edilir. "Olimpiakos" bir neçə gün əvvəl "Real"ın sabiq üzvü Marselo ilə anlaşmışdı.
 

Xəbər xətti