"Bavariya"nın baş məşqçisi: "Effektliyimiz həlledici oldu"

15:06 - 14 Sentyabr 2022

“Bavariya”nın baş məşqçisi Yulian Naqelsmann Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda "Barselona"nı məğlub etdikləri görüşü dəyərləndirib.

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis 2:0 hesablı qələbə barədə bu cür danışıb:

“Birinci hissədə "Barselona"nın bizdən daha çox şansı oldu. Amma bizdə o qədər də çox deyildi. İkinci hissədə işimiz daha da yaxşılaşdı. Effektivliyimiz həlledici məqam oldu".

Xəbər xətti