Bu gün birinci divizionda 4-cü turun daha iki oyunu keçirilib.
Sportal.az xəbər verir ki, “İmişli” “Mingəçevir”ə 0:6 uduzub.
“Kəpəz-2” isə evdə “Araz Naxçıvan”a 1:2 məğlub olub. Günün digər oyunu isə 19:30-da “Zirə-2” və “Turan Tovuz-2” arasında keçiriləcək.
“İmişli” – “Mingəçevir” 0:6
Qollar: Ruslan Voronsov 18, 45+2, Cavid Məmmədli 20, 47, Tural Məmmədzadə 33, 64
“Kəpəz-2” – “Araz Naxçıvan” 1:2
Qollar: Nihat Fərəci 14 – Fərid Kərimzadə 21, De Saboa İv Lüsyen 64
saytlarin hazirlanmasi
