"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunun matçında "Bayer"lə görüşünü şərh edib.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssis komandasının 0:2 hesablı məğlubiyyəti barədə bu cür danışıb.
"Matçın 70-80-ci dəqiqəsinə kimi oyunun taleyini həll edə bilmədik. Düzgün qərarlar qəbul etmədik. Rəqib də bizi əks-hücumlarda tutdu. İki yaxşı əks-hücum həyata keçirərək qalib gəldilər.
Bu məğlubiyyəti unutmalıyıq. Qələbə qazanan "Brügge" ilə oynayacağıq. Onlara qarşı ardıcıl iki oyun keçirməliyik və bu, çox çətin olacaq. Çempionlar Liqasının qrup mərhələsində həmişə belə oyunlar olur".
