Çempionlar Liqası: Ən yaxşı adına namizədlər

10:11 - 15 Sentyabr 2022

UEFA Çempionlar Liqasında qrup mərhələsinin ikinci turunun matçlarının ardından həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

Sportal.az UEFA-nın saytına istinadən xəbər verir ki, Camal Musiala ("Bavariya"), Kevin De Bruyne ("Mançester Siti"), Kilian Mbappe(PSJ) və Ferran Xutqla (Brügge) ən yaxşı adına namizəddi.

Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.

Xəbər xətti