Bu gün Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçiriləcək.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın yer aldığı qrupun digər oyunu isə Yunanıstanda baş tutacaq.
"Olimpiakos" "Frayburq"u qəbul edəcək. İlk turda Pirey təmsilçisi "Nant"a 1:2 uduzmuşdusa, "Frayburq" da eyni hesabla "Qarabağ"ı məğlub etmişdi.
