Yığmamız Türkiyəyə uduzdu

11:18 - 15 Sentyabr 2022

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində yoxlama görüşünə çıxıb. 

Sportal.az xəbər verir ki, millimiz Türkiyənin müvafiq yaş qrupundan ibarət millisi ilə qarşılaşıb. Matç yığmamızın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

​Komandalar arasında növbəti oyun sentyabrın 17-də keçiriləcək.

Xəbər xətti