Almaniya millisinin sabiq üzvü, hazırda "Başakşəhər"de çıxış edən Mesut Özil Azərbaycan - Ermənistan sərhədində baş verənlərlə bağlı ölkəmizə dəstək göstərib.
Sportal.az xəbər verir ki, Özil instaqram hesabının hekayə bölümündə bu cür yazıb:
"Azərbaycan - Ermənistan sərhədində baş verən münaqişədə şəhid olan azərbaycanlı əsgərlərimizə Allahdan rəhmət diləyir və kədərli ailələrinə başsağlığı verirəm".

