Çempionlar Liqasının ikinci turunun "Makkabi" ilə oyununda fərqlənən Kilian Mbappe rekorda imza atıb.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı forvard Çempionlar Liqasının ardıcıl 6 oyununda da fərqlənə bilən ilk fransalı kimi tarixə düşüb. O, son 6 matçda 8 qol vurmağı bacarıb.
Xatırladaq ki, Hayfada keçirilən görüş PSJ-nin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
