Avropa çempionatı: Cüdoçumuz finala yüksəldi

18:15 - 15 Sentyabr 2022

Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında -60 kq. çəkidə yarışan cüdoçumuz Turan Bayramov finala vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, Turan finalda Polşa təmsilçisi İqneyjak Ksaveri ilə qızıl medal uğrunda mübarizə aparacaq.

 

Yarışın final görüşləri Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

Xəbər xətti