Voleybol üzrə Azərbaycan millisinin üzvü Andrey Vasilenko İsrail çempionatında oynayacaq.
Sportal.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, millimizin üzvü "Hapoel" (Kfar Saba) ilə razılıq əldə edib.
Andrey Premyer Liqa təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
