"Qrizmanın sonuncu dəfə 90 dəqiqə oynamasının üstündən çox vaxt keçib"

12:48 - 16 Sentyabr 2022

Fransa millisinin baş məşqçisi Didye Deşam yığmanın aparıcı üzvü, “Atletiko”nun futbolçusu Antuan Qrizman haqda danışıb.

Sportal.az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, fransalı məşqçi Qrizmanın Millətlər Liqasının oyunları üçün heyətə cəlb olunması ilə bağlı bunları deyib: 

"Qrizman "Atletiko"da az oynamır. Hər halda, o, oynadığı vaxtda da yorulmur. Əslində, onun sonuncu dəfə 90 dəqiqə oynamasının üstündən çox vaxt keçib. Amma o, yenə də öz klubu üçün aparıcı futbolçu olaraq qalır. Daim ən yaxşısına çalışan biridi".

 

Xəbər xətti