"Betis"in kapitanı Xoakin Sançes Avropa Liqasının tarixinə düşüb.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, təcrübəli yarımmüdafiəçi qrup mərhələsinin ikinci turunun "Ludoqorets"lə (Bolqarıstan) (3:2) oyununda qol vurub.
39-cu dəqiqədə fərqlənən ispan 41 yaş 56 günlüyündə Avropa Liqasında qol vuran ən yaşlı futbolçu ünvanına sahib çıxıb.
Ona qədər isə ən yaxşı futbolçu 40 yaş 98 günlüyündə "Molde"nin üzvü Daniel Hestada məxsus idi.
