Azarkeş qrupları birləşdi, "Sabah" - "Turan Tovuz" matçını birlikdə izləyəcəklər - FOTO

14:36 - 16 Sentyabr 2022

Premyer Liqanın 7-ci turunda "Sabah” “Turan Tovuz”u qəbul edəcək.

Sportal.az xəbər verir ki, hər iki komandanın azarkeşləri oyunu birlikdə izləyəcək. 

Belə ki, "Sabah"ın azarkeş qrupu kimi tanınan "soldatıdisabah" sosial şəbəkədə bununla bağlı paylaşım edib:

"Mövzu Vətəndirsə, hamımız bir yumruğuq!

Bu gün baş tutacaq “Sabah” – “Turan Tovuz” oyununu “Soldati di Sabah” “Genç Fenerbahçeliler” və “Tovuz Ultras” azarkeş qrupları bir yerdə, çiyin-çiyinə izləyəcəklər. Oyun ərzində isə Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərimizlə bağlı şüarlar səsləndiriləcək.

Bu addımın atılmasına səbəb, şəhidlərimizin əziz xatirəsini yad etmək və belə həssas anlarda hər zaman bir olduğumuzu nümayiş etdirməkdir".

Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində 77 hərbi qulluqçumuz şəhid olub.

"Sabah” – “Turan Tovuz” matçı saat 18:00-da başlayacaq.

Xəbər xətti