“Mançester Siti”nin hücumçusu Erlinq Haaland İngiltərə Premyer Liqasının avqust ayının ən yaxşısı seçilib.
Sportal.az APL-in mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən ay 9 qol vurub, 1 assist edib. Norveçli bunu meydana çıxdığı 5 görüşdə edə bilib.
Xatırladaq ki, gənc forvard bu yay “Borussiya”dan (Dortmund) 60 milyon avro qarşılığında “Mançester Siti”yə keçmişdi.
