İntizam Komitəsi Murad Musayevi cəzalandırdı

16:19 - 16 Sentyabr 2022

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqasının 6-cı turunun “Turan Tovuz” – “Kəpəz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.

“Kəpəz” klubunun “Xəmsə” fan klubunun azarkeşləri tərəfindən 110 ədəd oturacağın sındırılması ilə bağlı dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilsin.

“Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.

6-cı turun “Qəbələ” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.

6-cı turun “Səbail” – “Zirə” oyununun 79-cu və 90+1-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına qeyri-etik, təhqiramiz ifadələr işlədildiyi üçün “Səbail” klubu 4000 manat cərimə olunur.

Birinci hissədə AFFA nümayəndələri üçün şəraət yaradılmadığına görə “Səbail” klubu 800 manat cərimə olunur.

“Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.

“Zirə” futbol klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.

“Səbail” klubunun futbolçusu Tural Bayramlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

6-cı turun “Qarabağ” – “Sabah” oyununda “Sabah”ın baş məşqçisi Murad Musayev texniki zonanı tərk edərək yan xətt hakiminə etiraz etdiyi üçün qırmızı vərəqə aldığına görə 1 oyun cəzalandırılır və klub 800 manat cərimə olunur.

Oyunun 90+4-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə olunur.

“Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur.

​“Sabah” klubunun futbolçusu Abdulaye Ba ikinci sarı vərəqə alaraq maydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat məbləğində cərimə olunur.

Xəbər xətti