"Trabzonspor" Abdullah Avcı ilə müqaviləni müddətini uzadıb.
Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən 59 yaşlı mütəxəssis Türkiyə çempionunu 2025-ci ilin yayına qədər çalışdıracaq.
2020-ci ilin yayından "Trabzonspor"da baş məşqçi kimi fəaliyyət göstərən Avcı ötən mövsüm komandanı çempion etmişdi.
