"Kəpəz" - "Qarabağ" matçında kütləvi dava: 7 futbolçuya ağır cəza verildi

17:59 - 16 Sentyabr 2022

AFFA İntizam Komitəsi U-17 Liqasında yaşanan xoşagəlməz hadisə ilə bağlı qərar verib.

Sportal.az xəbər verir ki, V turun “Kəpəz” – “Qarabağ” oyununun 86-cı dəqiqəsində bir qrup futbolçunun iştirakı ilə kütləvi dava-dalaş baş verib. Nəticədə hakim 7 nəfərə - “Kəpəz”in qapıçısı Cəfər Abbasov, futbolçuları Ülvi Cabbarov, Hüseyn Hüseynov, Qaya Nəsibov, həmçinin “Qarabağ”ın oyunçuları Elton Babazadə, Kamil Sadiqov, Sabir Rzazadə qırmızı vərəqə verib.

AFFA bu oyunçuların hamısını cəzaya layiq görüb. Hər oyunçu 6 matçlıq diskvalifikasiya edilib.

Xəbər xətti