Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" növbəti transferini həyata keçirib.
Sportal.az xəbər verir ki, Yunanıstan klubu "Marsel"dən Sedrik Bakambunu transfer edib. Bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Olimpiakos" 31 yaşlı forvardla 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la ilik oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında ikinci görüş isə bir həftə sonra Bakıda baş tutacaq.
saytlarin hazirlanmasi
