Cüdoçumuz Avropa çempionu oldu

19:47 - 16 Sentyabr 2022

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Vüsal Qələndərzadə final görüşünə çıxıb.

 

Sportal.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yarışan idmançı Luici Sentraççio (İtaliya) ilə qarşılaşıb və ipponla qalib gələrək Avropa çempionu olub.

 

Qeyd edək ki, bundan əvvəl Turan Bayramov 60 kq çəkidə gümüş medal qazanıb.

Xəbər xətti